Parisdə iki terror şübhəlisi həbs olunub
https://azeri.sahartv.ir/news/dünya-i215683-parisdə_iki_terror_şübhəlisi_həbs_olunub
Parisdə iki şübhəli İŞİD-ə qoşulmaq ittihamı ilə həbs olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 19, 2016 13:13 Asia/Baku
  • Parisdə iki terror şübhəlisi həbs olunub
    Parisdə iki terror şübhəlisi həbs olunub

Parisdə iki şübhəli İŞİD-ə qoşulmaq ittihamı ilə həbs olunub.

Fransız Le-Fiqaro qəzetinin internet portalının yazdığına görə, Fransa Daxili Təhlükəsizlik Baş İdarəsi bildirib ki, Suriyada İŞİD-ə qoşulmaq niyyətində olan iki şübhəli Parisin Orsel küçəsində polis qüvvələrinin geniş əməliyyatında həbs olunub.

Belə bir halda, 2011-ci ildə Suriya böhranın başlanması ilə, Fransa və bəzi Qərb ölkələri təchizatlar göndərməklə terror qruplarının, xüsusən İŞİD-in qüdrətlənməsi və bu ölkə xalqının qurban getməsinə kömək ediblər.