Ermənistanda Lavrovun səfərinə etiraz mitinqində polislə qarşıdurma baş verib
Ermənistanın paytaxtı İrəvanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ölkəyə səfərinə qarşı etiraz aksiyası keçirilib.aksiya zamanı polislə qarşıdurma baş verib.
21 aprel aksiyasının iştirakçıları Rusiya səfirliyinin qarşısına toplaşıblar. Onlar Lavrovun özü ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair “anti-erməni planı” gətirdiyini bildiriblər və Azərbaycana silah satışının dayandırılmasını tələb ediblər. Aksiya iştirakçıları Lavrova qarşı çox sərt şüarlar səsləndiriblər. Polis polis nümayişçilərə müdaxilə etməyə cəhd göstərib ancaq hələlik polis ilə aksiyaçılar arasında sərt qarşıdurmaların baş verməsi barədə məlumat yoxdur.
Sergey Lavrov bu gün erməni həmkarı Edvard Nalbandyan ilə ikitərəfli münasibətlər və Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.