Fransada atışma iki nəfərin ölümə səbəb olub
https://azeri.sahartv.ir/news/dünya-i216256-fransada_atışma_iki_nəfərin_ölümə_səbəb_olub
Fransa polisi bildirib ki, bu ölkənin Qrenobl şəhərindəki bir məktəbin yaxınlığında atışma nəticəsində azı iki nəfər dünyasını dəyişib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 25, 2016 13:06 Asia/Baku
  • 
Fransada atışma iki nəfərin ölümə səbəb olub
    Fransada atışma iki nəfərin ölümə səbəb olub

Fransa polisi bildirib ki, bu ölkənin Qrenobl şəhərindəki bir məktəbin yaxınlığında atışma nəticəsində azı iki nəfər dünyasını dəyişib.

Frans-Press-in məlumatına görə, Fransa polisi bildirib ki, bu atışma bazar ertəsi günü səhər bu ölkənin cənub-şərqində yerləşən Qrenobl şəhərinin Tisser məhəlləsindəki Jan Rasin məktəbi qarşısında yerləşən bir səkidə baş verib.

Bu atışmada iki nəfər ölüb, bir nəfər də yaralanıbdır.