Fəhlələr günündə Amerikada ümüm ölkə aksiyalar keçirilib
-
Fəhlələr günündə Amerikada ümüm ölkə aksiyalar keçirilib
ABŞ-da minlərlə fəhlə , Ümumdünya fəhlələr günündə etiraz aksiyası keçirərək fəhlələrin və miqrantların hüquqlarının təmin olunmasını istəyiblər
İSNA-nın verdiyi məlumata görə, bu gün Amerikanın hər bir yerində keçirilən bu aksiyalarda məqsəd fəhlələrə əlverişli əmək haqqının verilməsi, miqrantların qovulmasına son qoyulması, Amerikada övladı olan qyri-qanuni miqrantlara əmək lisenziyasının verilməsinə dair Barak Obamanın layihəsinin dəstəklənməsindən ibarət olmuşdur.
Aksiyaçılar miqrantlar, fəhlələr və qadınları hədəfə alan nifrət dolu çıxışlara qarşı olduqlarını bildiriblər.
onlar həmçinin Amerikada qarşıdan gələn prezident seçkilərinin respublikaçı namizədi Donald Trampın ABŞ ilə Meksika arasında divarın çəkilməsinə dair sözlərinə kəskin etiraz ediblər.