Parisdə fəhlə etirazında bir polis avtomobili partladıldı
-
Parisdə fəhlə etirazı
Fransada əmək qanunun islahına etiraz edən fəhlələr çərşənbə günü polislə toqquşmada polisləri avtomobildən düşürüb və avtombili bomba ilə partladıblar.
Sərtlik nümayiş etdirən gənclərlə gündəlik toqquşmaların nəticəsi olaraq ruhi təzyiqlər qarşısında öz gücünü sübut etmək məqsədilə Fransa polisi ötən gün süni aksiyalar təşkil edib. Digər tərəfdən bununla yanaşı təxminən 300 fəhlənin keçirdiyi aksiya polisin müdaxiləsi ilə insidentlə nəticələnib. və etirazçılar polisin avtomobilini bomba ilə partladıblar.
Bu məlumata görə, Fransua Olland hökumətini əmək qanunun münaqişəli islahatlarından geri çəkilməyə məcbur etmək üçün Fransa Fəhlə Birliklərinin səylərini artırması ilə yanaşı bu gün Parisin Respublika meydanında polis aksiya təşkil edib. Bunun kənarında fəhlələr keçirdikləri aksiyada bir polis avtomobilini dayandırıb, polisləri maşından düşürdükdən sonra avtomobili bomba ilə partladıblar.
Məlumata görə, cümə gününə qədər davam etməsi qərara alınan Fransanın dəmiryol nəqliyyatı sektoru işçilərinin bugünkü etirazları ölkənin şəhərarası sürətli qatarları, metroların xidmətlərini 40-50% problemlə üzləşdirib və hətta ləğv edib.
Britaniya Friz gəmiçilik şirkətinin rəsmilərinin Fransa İngiltərə istiqamətində gəmi səfərlərinin ləğv olunması ilə bağlı qərar verdiyi bildirilir: Fransanın yük maşınlarının sürücüləri də ötən gün şose yollarda böyük maneələr yaradaraq yanacaq və ərzaq maddələrinin paylanmasına mane olublar.
İRNA-nın məlumatına görə, Fransa prezidenti Fransua Olland ötən gün əmək qanunun islahı layihəsinə qarşı irimiqyaslı etirazlar və tətil aksiyalarına reaksiyada bildirib ki, bu etirazlara təslim olmayacaq.
Fransa prezidentinin dediyinə görə, bu layihəyə etirazlar başlandığı zamandan mindən çox şəxs həbs olunub, 60 nəfər azadlıqdan məhrum edilib və 350 polis yaralanıb.
İki ay öncə əmək qanunun islahı layihəsinə ictimai və birliklərin etirazı başlanıb və bütün Fransada 390 min etirazçının iştirakı ilə 31 mart imiqyaslı etiraz aksiyaları ilə kulminasiya nöqtəsinə çatıb.