Sputnik: İsrail Misir təyyarəsinin qəzaya uğramasında əsas müqəssirdir
İnformasiya məlumatları Misir təyyarəsinin ötən cümə axşamı günü Aralıq dənizində qəzaya uğramasında İsrailin əlinin olması barəsində şübhələri irəli sürür.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Misir təyyarəsinin qəzaya uğraması və Yaalunun heç bir səbəb və yaxud aydın və qənaətbəxş səbəb olmadan istefa verməsi ilə əlaqəlidir.
Misirin MS804 saylı uçuş təyyarəsinin öz uçuş xəttindən çıxması bu hadisənin naməlum məsələləri barəsində çoxlu gümanlar, xüsusilə də təyyarənin qəzaya uğraması və ya vurulması barədə versiyaları irəli sürür.
Bu informasiya məlumatlarına görə, təyyarənin 90 dərəcə sola yayınması, sonra 360 dərəcə sağa yayınması Misir təyyarəsinin sanki ona yaxınlaşan bir qırıcı təyyarə kimi təhlükədən qaçmaq istədiyini göstərir.
Kertin cənubunda İsrilin hərbi təlim xəritəsi göstərir ki, Misir təyyarəsinin uçuş xətti aeronavtika siqnalları cədvəlinə əsasən, bu təyyarənin Yunanıstan hava zolağına daxil olması hərbi təlimlərlə eyni zamanda olub. Misri əl-Youm qəzetinin yazdığına grə, bu təyyarə İsrail qırıcı təyyarələrinin hərbi hava təlimlərə başlamasından 27 dəqiqə sonra itkin düşüb.
Misir təyyarəsi pilotuna Qahirə vaxtı ilə 2:27 radələrində müraciət göstərir ki, Yunanıstan dispeçer komandiri deyir: Siz hazırda 37 min fut yüksəklikdə uçursunuz... Bir neçə dəqiqə sonra Yunanıstan səmasını tərk edəcəksiniz. Zəhmət olmasa təsdiqləyin. Amma təyyarə pilotundan heç bir cavab gəlmir. Və sonda cümə günü səhər onun Yunanıstan və Misir arasındakı sərhəddə qəzaya uğradığı elan olunur.
Məlumatlara görə, təyyarə Qahirə vaxtı ilə 2:29 radələrində təyyarənin siqnalları Qahirə aeroportunun dispeçer qülləsi ətrafındakı Kombi bölgəsinin 7 mil aralığında yoxa çıxdı və heç bir kömək istənilmədi. Həmin məsələ ekipaj heyətinin kömək istəmədiyi təyyarə üçün qəfil hadisənin baş verdiyini göstərir.
NOTAM-ın bildirdiyinə görə, İsrail may ayının əvvəlindən yəni Misir təyyarəsi qəzaya uğramazdan bir gecə öncə bu bölgədə öz hərbi hava təlimlərinə başlayıb.
Qəzetlər cümə axşamı gecə Misir təyyarəsinin qəzaya uğraması və İsrailin müharibə naziri Moşe Yaalonun cümə günü səhər heç bir səbəb və yaxud aydın və qanedici səbəb olmadan istefa verməsini bir-biri ilə əlaqələndirirlər. Çünki İsrailin hərbi təlimlərinin keçirilməsində qabarıq yanlışlıqların baş verməsi Misir təyyarəsinin qəzaya uğraması ilə nəticələnib. Bu məsələ Yaalonun dərhal istefasına səbəb olub.