ABŞ-ın Texas Ştatında silahlı insident, ölü və yaralı sayı 8 nəfər
-
ABŞ-ın Texas Ştatında silahlı insident
Texas Ştatında baş vermiş silahlı insident nəticəsində 8 nəfərin öldüyü və yaralandığı bildirilir.
İRİB-nin Röytersə istinadla verdiyi məlumata görə, Texas polisi bildirib: 2 şübhəli şəxs də daxil olmaqla 4 sivil vətəndaş və 2 polis əməkdaşı Hyustonun qərbində çıxan silahlı insident zamanı ölüb və yaralanıb.
Polisin verdiyi məlumata görə, silahlı insidenti törədən iki şəxsdən biri polisin atəş açması nəticəsində ölüb. Digəri isə yaralanıb.
Yaralı olaraq xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti ağır elan edilib.
Silahlı insident nəticəsində 3 sivil vətəndaş da yaralanıb. Xəstəxanaya köçürülən bu 3 yaralının vəziyyəti ilə bağlı hələ ki, heç bir məlumat yayılmayıb.
Polisin bildirdiyinə görə, şübhəli şəxslər AR15 tipli silahdan polis helikopterinə atəş açıblar. Polis də cavab atəşi açmağa məcbur olub.