Kaliforniyanın UCLA Universitetində dəhşətli insident
-
Kaliforniyada insident
Amerikanın Kaliforniya ştatının UCLa Universitetinin həyətində silahlı insident nəticəsində 2 nəfər həlak olub.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, ABŞ polisi çərşənbə günü bildirib ki, məmurlar hadisəni törədən şəxsi axtarırlar. Hələlik bu şəxsin həlak olanlardan biri olub-olmadığı bəlli deyil.
Universitetin binası fəaliyyətini dayandırıb və polis universitetin həyətinə gediş-gəlişin qarşısını alıb.
Kaliforniya polisi araşdırmalarını davam etdirir və tələbələrdən binalarda qalmalarını istəyib.
UCLA Universitetinin tədqiqatçılarından biri bu barədə deyib: Silahlı insident və universitetin həyətinə giriş-çıxış bağlandıqdan sonra o və əməkdaşları öz iş yerlərinə sığınıblar.
Amerikada silahlı insidentlər ötən illər ərzində bu ölkə rəsmilərinin qarşısında duran davamlı problem olmuşdur.
Ərazilərində müharibələr olmayan ölkələr arasında Amerika odlu silahdan istifadə nəticəsində qətl hallarının ən çox baş verdiyi ölkədir. 2015-ci ildə bu ölkdə ən azı 13 min nəfər odlu silahdan istifadə nəticəsində həlak olub, həmçinin təxminən 27 min nəfər də odlu silahdan istifadə ilə yaralanıb.