İyun 06, 2016 09:54 Asia/Baku
  • Qazaxıstanda xüsusi əməliyyatı
    Qazaxıstanda xüsusi əməliyyatı

Qazaxıstanın Aktobe şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb.

RİA Novosti məlumatına görə, Qazaxıstan DİN-in mətbuat katibi Almas Sadubayev bildirib: "Aktobe şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb. Digər cinayətkarların yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir."

Dünən Aktobe şəhərində “Pallada” silah mağazası və Milli Qvardiyanın hərbi hissəsi hücuma məruz qalıb. Atışma nəticəsində 6 nəfər ölüb. Şəhərdə antiterror əməliyyat rejimi elan edilib, müəssisələrin və ictimai nəqliyyatın işi dayandırılıb.

Teqlər