Çin səfiri Yaponiya Xarici İşlər Nazirliyinə çağırıldı
Çin ordusu Hərbi Dəniz Qüvvələrinə məxsus bir gəmiin Şrqi Çin dənizində mülkiyyəti üzərində ixtilaflar olan adalara yaxınlaşmasının ardınca Yaponiya Xarici İşlər Nazirliyi Çinin səfirinin çağırtdırıb.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Yaponiya xarici işlər nazirliyi bildirib ki, Çinin smart-raketlər ilə təchiz edilən bir hərbi gəmisi bu gün səhər Sinkaku adasının sahil sularına yan alıb.
Yaponiya Xarici İşlər Nazirliyi Çinin səfiri Çinq Yunq Huvanı çağırtdırıb, rəsmi nota təqdim edib.
Yaponiya Xarici İşlər Nazirliyinin sözçüsü Yuşhide Suqa da bir mətbuat konfransında Çinin bu hərəkətindən nigaranlıq edib.
Yaponiya dövləti Çin hərbi gəmisinin qısa müddət sonra məntəqə sularını tərk etdiyini bildirib.
Yaponiyanın müdafiə naziri Çen Nakatani də deyib: Tokio öz ərazisini, sahil sularını və hava zonasını tam qətiyyətlə müdafiə edəcək.