Ukrayna və Gürcüstan NATO-ya qoşulmaq istəyirlər
Ukrayna və Gürcüstan NATO-nun mühüm iclası ərəfəsində üzv ölkələrdən istəyiblər ki, bu iki ölkənin NATO-ya üzvlüyü ilə razılaşsınlar.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Gürcüstan və Ukrayna rəsmiləri çərşənbə günü NATO-ya üzv ölkələri bu iki ölkənin NATO-ya üzv qəbul edilməsinə razı salsınlar.
Gürcüstanın müdafiə naziri Tina Xidaşli də son zamanlar bildirmişdi ki, Amerika Ukrayna və Gürcüstanın NATO-ya qoşulmasını və onlardan Rusiya əleyhinə daha artıq istifadənin edilməsini istəyir.
Gürcüstanın müdafiə naziri həmçinin deyib: NATO-nun Ukraynaya olan ehtiyacı, Ukraynanın bu hərbi alyansa olan ehtiyacından daha çoxdur.
Ukrayna parlamentinin xarici işlər komitəsinin sədri Hana Hopko da deyib: NATO-ya üzvlük Ukraynaya təhlükəsizlik gətirəcək.
H.Hopko NATO ölkələrindən istəyib ki, bu ölkə xalqını Rusiya qarşısında qorumaq üçün real strategiya seçsinlər.
Bu sözlər NATO-nun Polşada keçirdiyi böyük manevrdən 2 gün sonra söylənilib.