Marsel polisi İngiltərə və Rusiya yığmalarının tərəfdarları ilə toqquşub
Fransanın Marsel şəhərində yüzlərlə futbol azarkeşinin polislə toqquşması nəticəsində azı yeddi nəfər həbs olunub.
ISNA-nın məlumatına görə, cümə günü İngiltərə və Rusiya yığmalarının tərəfdarları arasında toqquşmalar polisin müdaxiləsilə nəticələnib. Yerli sakinlər də bu toqquşmalara qatılıbmışlar.
Bu məlumata görə, polis gözyaşardıcı qazdan istifadə edərək, İngiltərə və Rusiya yığmalarının tərəfdarlarını dağıdıbdır.
Sosial medialarda yayılmış video-çarxlar və şəkillər göstərir ki, xüsusi təyinatlı polis qəzəbli etirazçılarla toqquşubdur.
Polisin bildirdiyinə görə, bu toqquşmalarda bir kəs yaralanmayıb.
Bu toqquşmalardan sonra Marsel ətrafındakı məntəqələrdə də toqquşmalar barədə məlumat yayılıb.
İngiltərə və Rusiya yığmalarının görüşü bu gün Marseldə baş tutmalıdır.
Min polis qüvvəsi həmin görüşün təhlükəsizliyini qorumaq üçün hazır vəziyyətə gətirilib.