İyun 15, 2016 16:41 Asia/Baku
  • Fransada əmək qanunu layhəsinə etiraz üzrə ən böyük aksiya keçirilib
    Fransada əmək qanunu layhəsinə etiraz üzrə ən böyük aksiya keçirilib

Parisdə əmək qanunu layhəsinə etiraz üzrə ən böyük aksiya polisin müdaxiləsindən sonra çaxnaşmaya çevrilib. Onlarla nəfər yaralanıb və həbs olunub.

Bu aksiya ötən üç ayda Fransada əmək qanunu layhəsinə etiraz üzrə ən böyük aksiya ləqəbini alıb. Parisin özündə bir milyon nəfər iştirak edib.

Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz ilə yanaşı, qiyama qarşı maşınlar və su şırnaqlarından istifadə edib.

Etirazçı: Baxın, polis hər yerdə var. Bizə hücum edir və bizi dəyənəklə vururlar. Aksiya yerli icra hakimiyyətinin icazəsilə keçirildiyi bir halda, polis qüvvələri mane olurlar.

Faktların göstərdiyi kimi, etirazçılar geriyə çəkilmək və ya hətta şüar dəyişmək niyyətində deyillər. Bu üzdən, Fransanın müxtəlif şəhərləri, o cümlədən Nant, Re Lion, Strasburq aksiyaların şahidi olublar. Belə görünür ki, Fransanın müxtəlif başağrıları qüvvədən düşmək niyyətində deyillər. Və hər gün özlərini daha çeşidli formada göstərirlər.

Teqlər