İyun 23, 2016 14:39 Asia/Baku
  • Fransua Uland
    Fransua Uland

Fransa prezidenti bir daha İngiltərənin Avropa Birliyindən çıxmasının mənfi nəticələri barədə xəbərdarlıq edib.

Röyters Agentliyinin verdiyi məlumata görə, Fransua Olland dünən verdiyi açıqlamada İngiltərədə keçirilən referendum barədə deyib: İngilislərin Avropa Birliyindən çıxmağa verdikləri səsi geri almaq mümkün olmayacaq və bu hərəkət İngiltərənin vahid Avropa bazarına çıxma imkanlarına mənfi təsir edəcək.

Fransa prezidenti İngiltərədə referendumun nəticələrinin hər nə olarsa, gələn həftə Almaniyaya səfər edərək, bu ölkənin kansleri Angela Merkel ilə AB-nin bərpası barədə müzakirə aparacağını deyib.

Fransua Olland sonra deyib: Avropa Komissiyasının sədri və Almaniya kansleri İngiltərənin AB-də qalmasını istəyirlər; ona görə ki, AB-dən çıxmaq ingilislər üçün çox çətin nəticələrə gətirib çıxaracaq.

İngiltərə xalqı bu gün ölkəsinin AB-də qalıb-qalmamasına səs verir.

İngiltərənin Avropa Birliyindən çıxacağı təqdirdə, AB ölkələrində AB əleyhdarları və ifratçı sağçıların güclənməsinə zəmin yaranacaq.

Teqlər