Çin yuanının dəyəri ötən beş ildəki minimum həddə endi
İyun 27, 2016 11:01 Asia/Baku
Dollara nisbətdə Çin yuanının dəyəri bazar ersəti günü 2010-cu il dekabr ayından bəri ən aşağı həddinə enib.
İqtisadi ekspertlər bu barədə bildiriblər ki, Çinin milli valyutasının devalvasiyaya uğramasının səbəbi İngiltərənin Avropa Birliyincən çıxması üzrə referendumdan sonra dünya bazarlarında qətiyyətin olmamasıdır.
Röytersin Şanxaydan verdiyi məlumata görə, yayılan statistikalara əsasən yuanın dəyəri bazar ertəsi günü 6,6402 dollara enib. Bu rəqəm cümə gününün sonu ilə əlaqədar rəqəmlərdən 10% azdır.
Həmçinin statistikalara görə, Asiya bazarlarında dolların dəyəri bazar ertəsi günü təxminən 1% artıb. İngiltərənin valyutası funkt-sterlinqin yenə də devalvasiyaya getməsi proqnoz edilir.