Böyük Britaniya siyasi böhran burulğanında
Böyük Britaniya Avropa Birliyindən çıxmaqla bağlı referendum keçirməklə ciddi siyasi böhran ilə üzləşib.
Amerikada prezident seçkilərinin namizədlərindən olan və Böyük Britaniyanın Avropa Birliyindən ayrılması qərarını sevinclə qarşılayan Donald Trampın sionist media maqnatı Mordak ilə məsləhətləşmələr apardığı və İngiltərədəki mülkündə qolf oynamaqla məşğul olduğu bir halda, öz layihəsi ilə qapıları tufanlara açmış olan Deyvid Kameron indi elə bir təzyiqlərə məruz qalıb ki, Avropa Birliyindən çıxmaqla bağlı danışıqların başlanması üçün 4 aylıq möhlət istəməsini də ona çox görüblər və bu işin dərhal baş tutmasını istəyirlər.
Avropa Komissiyasının sədri Jan Kloud Yunker bu barədə deyib: “Onlar Avropa Birliyini tərk etmək qərarına gəliblər. Belə isə oktyabra kimi gözləməyin heç bir mənası yoxdur.”
Ölkə daxilində də artıq Böyük Britaniyadan ayrılaraq, Avropa Birliyinə qoşulmaqla bağlı fikirlər səsləndirilməyə başlayıb. Bunlardan biri də Böyük Britaniyanın atom bombalarına ev sahibliyi edən Şotlandiyadır.
Şotlandiya Milli Partiyasının sədri xanım Nikola Strojen deyir: “Avropa Birliyinə üzvlüyümüzü davam etdirmək üçün Avropa qrumları ilə dərhal müstəqil şəkildə danışıqların aparılması qərarına gəlmişik.”
Belə bir şəraitdə kölgə hökumətin xarici işlər naziri Hilari Benin İşçi Partiyasının sədri və kölgə hökumətinin başçısı Ceremi Korbinə qarşı çevrilişə cəhd ittihamı ilə kənarlaşdırılması xəbərləri yayılıb. Amma, kölgə hökumətin bir çox üzvlərinin istefa verməsi ilə Ceremi Korbinin getməsi ehtimalı güclənmiş olub.
Bu arada təkrar referendumun keçirilməsi ilə bağlı açılan petisiyanı indiyə qədər 3 milyon nəfər imzalayıb və bu qərəm hər saniyə artmaqda davam edir.
Brexit-in nəticəsi Böyük Britaniya iqtisadiyyatına da mənfi təsir buraxıb və Fransadan geri qalmağa başlayıb. İndependent qəzetinin yazdığına görə isə dünyanın ən güclü passportlarından olan Böyük Britaniya passportu da öz reytinqini itirib və 30-cu pilləyə süqut edib.
İndi bütün gözlər Böyük Britaniya Parlamentinə tikilib və hamı 2-ci dünya müharibəsindən sonra yaranan ən ciddi siyasi və iqtisadi böhran üçün necə bir həll yolunun tapılacağını gözləyir.