ABŞ-da silahlı insident 6 nəfərin ölməsi və yaralanması ilə nəticələndi
https://azeri.sahartv.ir/news/dünya-i223471-abŞ_da_silahlı_insident_6_nəfərin_ölməsi_və_yaralanması_ilə_nəticələndi
ABŞ-ın bir neçə ştatında silahlı insident nəticəsində bir nəfər həlak olub, 5 nəfər də yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2016 06:06 Asia/Baku
  • ABŞ-da silahlı insident
    ABŞ-da silahlı insident

ABŞ-ın bir neçə ştatında silahlı insident nəticəsində bir nəfər həlak olub, 5 nəfər də yaralanıb.

İlk hadisə Kanton şəhərində baş verib. Bir kişi həyat yoldaşını silahla vurub və yaralayıb.

Həmçinin Miçiqan ştatının Ditroyt şəhərində silahlı insidentdə 3 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Penisilvaniya ştatının Filadelfiya ştatında silahlı insident bir nəfərin həlak olması ilə nəticələnib.

ABŞ-da ildə minlərlə nəfər odlu silahdan istifadə nəticəsində həlak olur ya da yaralanır.

Amerikanın demokrat qanunvericiləri ötən həftə bir gecə aksiya keçiriblər ki, Nümayndələr palatasının əksəriyyətini təşkil edən Respublikaçılara silah gəzdirmə yeni qanunun təsdiqlənməsində təzyiq göstərsinlər. Bununla belə bu barədə etirazlar indiyə qədər nəticə verməyib.