Avstriya da AB-dən çıxa bilər
https://azeri.sahartv.ir/news/dünya-i224023-avstriya_da_ab_dən_çıxa_bilər
Avstriya mediaları bu ölkənin də Avropa Birliyində(AB) qalmaq və ya bu birlikdən çıxmaqla bağlı referendum keçirə biləcəyindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2016 10:06 Asia/Baku
  • Avstriya da AB-dən çıxa bilər
    Avstriya da AB-dən çıxa bilər

Avstriya mediaları bu ölkənin də Avropa Birliyində(AB) qalmaq və ya bu birlikdən çıxmaqla bağlı referendum keçirə biləcəyindən xəbər verib.

Raşa Tudey Avstriyanın Avropa Birliyindən çıxması və ya bu birlikdə qalması ilə bağlı fikirlərin səsləndirilməkdə olduğunu bildirib. Deyilənlərə görə, may ayında Avstriyada keçirilən seçkilərin ardınca bu fikirlər daha da güclənməyə başlayıb.

Bu məlumata görə, Avstriyada baş nazirlik kürsüsünə namizədlərdən olan Nobert Hofer "Raşa Tudey" telekanalına verdiyi müsahibədə deyib: Mən ümidvaram ölkəmizdə AB-dən çıxmaq və ya bu birlikdə qalmaqla bağlı referendum keçirilməsin və AB müsbət inkişaf yolunda hərəkətini davam etdirsin. Amma, mən inanıram ki, Avstriya xalqı Türkiyənin Avropa Birliyinə üzvlüyünü heç vaxt qəbul etməyəcək. Çünki, Türkiyənin AB-yə üzvlüyü Avstriyanın birlikdəki qüdrətinin azalmasına səbəb olacaq.