İngiltərə baş nazirinin Çilkatın İraq müharibəsi haqdakı hesabatına reaksiyası
İngiltərənin baş naziri "Çilkat" komitəsinin hesabatına reaksiyada deyib: İraqda hərbi seçimin lehinə səs verənlər məsuliyyətin bir hissəsini üzərinə götürməlidir.
İngiltərənin baş naziri əlavə edib: Xəbərdarlıqlara rəğmən, hərbi seçimdən istifadənin qarşısının alınması üçün münasib tədbirlər görülməmişdi.
İngiltərə Leyboristlər Partiyasının sədri Ceremi Korbin bu ölkə parlamentinin aşağı palatasındakı çıxışında "Çilkat" komitəsinin İraq savaşı haqda hesabatın yayılması barədə belə deyib: İraqa hücum və onun işğlaı barədə qərar elə bir qərardır ki, İngiltərə dövləti xalqın əksər hissəsinin istəyinin əksinə olaraq çıxarıbdır.
İngiltərənin o zamankı baş naziri Toni Bleyr bu gün "Çikat"ın hesabatınn yayılmasının ardıınca iddia edib ki, bu ölkənin yüksək maraqları əsasında hərəkət edibdir.
İngiltərənin İraqa qarşı hücumlardakı rolu barədə təhqiqat komitəsi- Çilkat bildirib ki, İngiltərənin planı və onun bu savaşa hazırlığı tamamilə qeyri-münasib olub.
İngiltərənin İraqa qarşı hücumlardakı rolu barədə təhqiqat komitəsinin sədri Ser Con Çilkat bildirib: İngiltərənin 2003-cü ildə İraqa qarşı hərbi hücumlarda iştirakı elə bir halda olubdur ki, hələ dinc seçimlər mövcud idi.