Çilkat sənədinin yayımlanması ilə anti-müharibə fəalları Londonda aksiya keçiriblər
İraq müharibəsi ilə bağlı faktaraşdırıcı komitənin öz hesabatını yayımlamasının ardınca müharibə müxalifləri Londonda aksiya keçribilər.
Faktaraşdırıcı komitənin Amerika və müttəfiqlərinin İraqa hücumunda İngiltərənin rolu barədə hesabatını yayımlamasının ardınca müharibə əlyehdarları çərşənbə günü Kraliça 2-ci Yelizavet semnarlar mərkəzinin qarşısında piket keçirərək, İraq müharibəsində iştiraka görə məsuliyyət daşıyanlar əleyhinə şüarlar veriblər.
Aksiya iştirakçılarından olan 2 nəfər isə İraqa hücum zamanı İngiltərənin baş naziri olmuş Toni Bleyer və Amerika prezidenti olmuş Corc Buşun maskasını taxıb. Onlar həmçinin bu iki şəxsin əllərinin qana batdığını simvolik şəkildə xarakterizə etmək üçün əllərini qırmızı rəngə boyayıblar.
Anti-müharibə fəalı olan Lindzi Cermən Toni Bleyerin İraq müharibəsindəki roluna işarə edib və deyib: O mühakimə olunmalı və ya beynəlxalq cinayət məhkəməsinə çıxarılmalıdır. Xalqı narahat edən əsas məsələ odur ki, bir əsgər müharibə cinayətinə görə mühakimə olunduğu halda, yalan məlumatlar ilə xalqı aldatmış siyasətçilər mühakimə olunmurlar. Çünki, ümumiyyətlə işin əsası belə olmayıb. Bu, hesabatın məhdudiyyətlərini göstərir. Ümidvarıq bu hesabat Toni Bleyer və onun müttəfiqlərini kəskin formada tənqid etmiş olsun. Amma, bu işin sonu deyil. Çünki, xalq məsələni müxtəlif formalarda izləyəcək.
İraq müharibəsində İngiltərə 179, Amerika isə 4500 hərbçisini itirib. Bu müharibə bir çox zorakılıqlarla yanaşı olub və yüz minlərlə sivil iraqlının ölümünə yol açıb. Bu müharibənin mənfi təsirləri hələ də regionda qalmaqdadır.