İyul 07, 2016 11:41 Asia/Baku
  • Amerika və Gürcüstan hərbi əməkdaşlıq sənədi imzaladılar
    Amerika və Gürcüstan hərbi əməkdaşlıq sənədi imzaladılar

Gürcüstanın hərbi potensialının artırılması məqsədi ilə bu ölkə ilə Amerika arasında hərbi əməkdaşlıq sənədi imzalandı.

ABŞ dövlət katibi Con Kerri və Gürcüstanın baş naziri Georgi Kurikaşvili çərşənbə günü Tiflisdə hərbi əməkdaşlıqların möhkəmləndirilməsi üzrə bir sənəd imzalayıblar.

Kerri NATO-nun Varşava iclası ərəfəsində Gürcüstana olan səfəri zamanı deyib: Gürcüstan gözəl və demokratik bir ölkədir və problemlərlə dolu bir məntəqədə yerləşir. Mən prezident Obamanın sifarişi əsasında bura gəlmişəm və demək istəyirəm ki, ABŞ Gürcüstanın ərazi bütövlüyü, təhlükəsizliyi, çiçəklənməsi və Avtopa-Atlantik ideyalarını himayə edir.

C.Kerri həmçinin deyib: Bizim şərikliyimiz möhkəm və davamlıdır.

ABŞ dövlət katibi daha sonra bildirib: Gürcüstan xalqı Avropa-Atlantik bir gələcəyin arzusundadır və belə bir seçim edibdir. Amerika isə Gürcüstanın bu seçimini dəstəkləyir.

Gürcüstan bundan öncə Vaşinqtondan hərbi yardımlar alıb. Amma, ABŞ-ın Dövlət Departamenti bildirib ki, iki tərəf arasında imzalanmış yeni sənəd əsasında hərbi-təhlükəsizlik əməkdaşlıqları daha da artacaq və müdafiə, təlükəsizlik və hərbi məsələlər sahəsində daha geniş əməkdaşlıqlara yol açacaq.

Gürcüstan NATO-ya qoşulmaq istəyir. Amma, Rusiya hərbçilərinin bu ölkə ərazisindəki iştirakı Gürcüstanın NATO-ya qoşulmaq arzusunun yaxın gələcəkdə gerçəkləşməyəcəyindən xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, bildirib: Biz NATO-nun Gürcüstanda daimi hərbi iştiraka malik olmasına təhrikedici hərəkət hesab edirik. Bunda məqsəd Qafqazda bilərəkdən vəziyyəti gərginləşdirməkdir.

Tiflis 2008-ci ldə Gürcüstandan ayrılmağa çalışan Cənubi Osetiya məntəqəsinə nəzarəti təmin etmək üçün separatçılara qarşı hərbi əməliyyatlara başladı. Amma, Rusiyanın hərbi müdaxiləsi ilə üzləşdi.

Rusiya öz qoşunlarına Gürcüstan ərazisinə yeridərək, Gürcüstan hərbçilərini Cənubi Osetiya və Abxaziya məntəqələrindən çıxmağa məcbur etdi.

Ötən illər ərzində Gürcüstan və Ukraynada baş verən hadisələrlə əlaqədar Rusiya və NATO əlaqələri gərginliyin şahididir.

Teqlər