AP Bəhreyn dövlətinə qarşı qətnamə qəbul edib
-
AP Bəhreyn dövlətinə qarşı qətnamə qəbul edib
Avropa Parlamentinin üzvləri Bəhreyn dövlətinin müxaliflərə qarşı son təşəbbüslərini pisləyən qətnamə qəbul edib
AB xarici məsələlər üzrə ali komisarlığı Bəhreyn dövlətindən Əl-Vifaq cəmiyyətinin buraxılması barədəki öz qərarına yenidən baxmasını istəyib.
Bəhreynin Əllolo portalının verdiyi məlumata görə, Avropa Birliyinin nümayəndəsi Federika mogerini deyib: Biz Bəhreyndə hüquq müdafiəçiləri o cümlədən də Nəbir Rəcəbin azadlığa buraxılmasına dair tələbimizi təkrar səsləndiririk.
İyun ayından bu günədək Bəhreyn dövləti müxaliflərə qarşı repressiyalarını gücləndirib. Bu istiqamətdə Əl-Vifaq cəmiyyətinin baş katibi şeyx Əli Salmana 9 il həbs verilməsi, Bəhreyn şiələrinin rəhbəri şeyx İsa Qasimin vətəndaşlığının ləğv edilməsi ilə yanaşı Əl-Vifaq cəmiyyəti də digər iki qurumla birlikdə buraxıldı və hüquq müdafiəçisi Nəbil Rəcəb də təkrar həbs edildi.