Fransa xalqı qənaət siyasətlərinə etiraz edir
-
Fransa xalqı qənaət siyasətlərinə etiraz edir
Fransa xalqının hökumətin iqtisadi qənaət siyasətinə etirazları davam edir.
PressTV-nin verdiyi məlumata görə, Fransada Dövlətin iqtisadi siyasətlərinə xüsusi ilə də əmək qanununa əlavə və dəyişiklikilər layihəsinə qarşı etirazlar geniş vüsət alıb. Etirazçılar iqtisadi qənaət barədə hökumətin qərarlarını prezident üçün rüsvayçılıq hesab edirlər.
Bu layihəyə qarşı etirazlar 4 aydır başlanıb və ardı-ardınca baş verən tətillər hökuməti öz qərarından döndərə bilməyib.
Bu layihə fəhlələrin sahibkarlar qarşısındakı hüquqlarını məhdudlaşdırır.
Deyilənlərə görə, Hökumətin bu layihəsi Sosiyalist partiyasının mövqeyinin zəifləməsi, Avropa Birliyindən çıxmağa dair yeni tələblərin irəli sürülməüi, sağçı Xalq Cəbhəsi partiyasının daha da güclənməsi və yeni solçu partiyanın meydana gəlməsinə gətirib çıxara bilər.