İyul 13, 2016 12:01 Asia/Baku
  • Los-Ancelesdə irimiqyaslı aksiya
    Los-Ancelesdə irimiqyaslı aksiya

Bir qaradərili qadının qətlində ittiham olunan polis zabitinin bəraət qazanmasına dair verilən qərardan qəzəblənən etirazçılar Los-Anceles icra hakimiyyəti binasının önünə toplaşaraq binaya girişi bağlayıblar.

Fars Xəbər Agentliyinin məlumatına görə, çərşənbə axşamı günü 30 yaşlı qaradərili qadın Redl Consun qətlə yetirilməsi hadisəsi ilə bağlı polis zabitinə bəraətin verilməsinə dair təşkil olunan komissiyanın qərarının elan olunması ardınca, etirazçılar daha da qəzəblənib və aksiyalara daha çox insan qoşulub. Qəzəbli etirazçılar bu qərarın elan olunmasından sonra Los-Anceles icra hakimiyyəti binasına doğru yürüş edərək bu binanın girişini tam şəkildə bağlayıblar.

Etirazçılar həmçinin polis idarələrinin binaları önündə toplaşaraq Amerika ictimaiyyətində, xüsusilə də polis idarələrində qaradərililərə qarşı təəssüblərin genişlənməsi və irqçilik siyasətlərinə öz etirazlarını bildiriblər.

Ötən yay Los-Ancelesin cənub bölgələrindən birində polis zabitinin qaradərili qadın Redl Consu qətlə yetirməsi hüquq fəallarının tənqidi, o cümlədən "Qaradərililərin canı əhəmiyyətlidir" hərəkatının tənqidinə səbəb olmuşdur.

Ötən aylarda Los-Anceles polis komissiyası həmin polis barəsində qərarın verilməsi üzrə bir neçə iclas təşkil etmişdi. Həmin iclaslar hər dəfə hüquq fəallarının etiraz aksiyalarının şahidi olmuşdur. Lakin bu komissiyanın çərşənbə axşamı günkü iclası irimiqyaslı etirazlarla üzləşdi.

Teqlər