İyul 13, 2016 15:53 Asia/Baku
  • Haaqa məhkəməsi Çinə qarşı qərar qəbul edib
    Haaqa məhkəməsi Çinə qarşı qərar qəbul edib

Haaqa Münsiflər Məhkəməsinin Daimi Palatası tərəfindən yaradılmış beynəlxalq məhkəmə Cənubi Çin dənizi barədə münaqişə mövzusunda Çinin bu dənizin böyük bir hissəsinə hakimiyyəti iddiasını əsassız adlandırıb və Filippinin xeyirinə səs verib

Bu məhkəmənin qərarında deyilir ki, Çinin sözü gedən dənizə bir tərəfli malikiiyyətini göstərən faktlar yoxdur.

Qərara görə Çinin Cənubi Çin dənizindəki adalara heç bir tarixi haqqı yoxdur.

Filippin bu məhkəmənin qərarını alqışlayıb. Filippinin XİN başçısı Perfekto Yasay bu qərarı Cənubi Çin üzrə ərazi ixtilaflarına son qoymaq üçün dönüş nöqtəsi adlandırıb.

Yaponiyanın xarici işlər naziri Fomio Kişida da məhkəmənin qərarının hüquqi əsaslarla verildiyini bildirib və bütün ölkələrdən o cümlədən Çindən məhkəmənin qərarına hörmətlə yanaşmasını istəyib.

Filippin və Yaponiyadan əlavə Amerika da məhkəmənin qərarını müsbət qiymətləndirib və çindən onunla razılaşmasını istəyib.

Beynəlxalq hüquqşünaslara görə, bu qərarın icra təzminatı yoxdur ancaq Filippin üçün siyasi cəhətdən bir uduş hesab olunur.

Çin ABŞ-ın təzyiqləri altında Haaqa məhkəməsinin qərarına təslim olmayacağını bildirib.

Teqlər