Ukraynanın şərqində toqquşmalar davam edir
https://azeri.sahartv.ir/news/dünya-i225211-ukraynanın_şərqində_toqquşmalar_davam_edir
Ukrayna ordusunun sözçüsü Donbas vilayətində toqquşmaların davam etməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2016 14:26 Asia/Baku
  • Ukraynanın şərqində toqquşmalar davam edir
    Ukraynanın şərqində toqquşmalar davam edir

Ukrayna ordusunun sözçüsü Donbas vilayətində toqquşmaların davam etməsindən xəbər verib.

İnterfaks Xəbər Agentliyinin verdiyi məlumata görə, Ukrayna ordusunun sözçüsü Andrey Lisenko bu gün Kiyevdə bir mətbuat konfransında çıxışı zamanı Donbas bölgəsində toqquşmaların davam etdiyini və müxalifətin hücumu nəticəsində bir hərbçinin həlak olduğunu deyib.

Ukrayna ordusunun sözçüsü deyib: Müxaliflərin Donbas vilayətində dövlət qüvvələrinə hücumundan sonra tərəflər arasında gərgin toqquşmalar baş verib və nəticədə 4 hərbçi yaralanıb.

Ukraynanın şərqində dövlət qüvvələri ilə müxaliflər arasında gedən toqquşmalarda indiyədək 9 mindən çox insan həyatını itirib 21 min nəfər isə yaralanıb.

Ukrayna dövləti və müxalifəti 2015-ci ilin əvvəllərində Minskdə atəşkəs razılaşması imzaladılar. Lakin hər iki tərəf müqabil tərəfi atəşkəsi pozmaqda ittiham edir.