Rusiya Ermənistanda hərbi təlimlər keçirir
İyul 14, 2016 13:22 Asia/Baku
-
Rusiya Ermənistanda hərbi təlimlər keçirir
Rusiya ordusunun Ermənistan ərazisində hərbi təlimləri bu ölkə hərbi qüvvələrinin hazırlığı məqsədilə başlayıb.
Armen Press-in məlumatına görə, Ermənistanın cənubi hərbi bazasının ictimai əlaqələr şöbəsi çərşənbə günü Rusiya hərbçilərinin Ermənistanda hərbi təlimlərə başladığını bildirib.
Bu məlumata görə, hərbi təlimlər Kamxod və Aliqaz yüksəkliklərində keçirilib.
Bu hərbi təlimlərdə 300-dən çox Rusiya hərbçisi və yüzlərlə ağır və yarımağır hərbi təchizatdan istifadə olunub.
Rusiya hərbi qüvvələrinin Ermənistandakı hərbi təlimləri 15 iyula qədər davam edəcək.
Teqlər