Kaliforniyada qanlı insident
İyul 17, 2016 10:10 Asia/Baku
-
Kaliforniyada qanlı insident
ABŞ-ın Kaliforniya Ştatında silahlı bir şəxsin insanlara hücum etməsi 14 nəfərin xəsarət almasına səbəb olub.
Sputnik bildirir ki, kimliyi bilinməyən bir şəxs şənbə günü Bekrsfild şəhərinin yaxınlığında hərəkətdə olan bir avtomobildən qonaqlıqdan çıxan insanlara tərəf atəş açaraq, 14 nəfəri yaralayıb.
Bu məlumata görə, yaralılardan 2-nin vəziyyəti ağırdır.
Amerikada silahlı insidentlərlə bağlı statistik araşdırmalar aparan mərkəz bir müddət öncə bildirmişdi ki, cari 2016-cı ilin ilk 6 ayında Amerikada 24532 silahlı insident qeydə alınıb. Bu insidentlər nəticəsində 6303 nəfər həyatını itirib, 12952 nəfər isə yaralanıb.