ABŞ-da irqçiliyə qarşı aksiya
İyul 17, 2016 19:45 Asia/Baku
-
ABŞ-da irqçiliyə qarşı aksiya
Amerikada polisin qaradərililərlə qeyri-insani davranışı və onlara qarşı zorakılığına etiraz olaraq, bu ölkənin müxtəlif şəhərlərində aksiyalar keçirilib.
ABŞ polisi tərəfindən iki qaradərilinin qətlə yetirilməsindən sonra bu ölkədə hiddət və nifrət bir daha yüksəlibdir. O cümlədən iyulun 10-da polisin kobud və ayrı-seçkili rəftarlarına etiraz olaraq, bu ölkənin müxtəlif şəhərlərində aksiyalar keçirilib və bu zaman 200-dən çox insan həbs edilibdir.