İrəvanda polis etiraz aksiyasını dağıdıb
-
İrəvanda polis etiraz aksiyasını dağıdıb
Ermənistan hüquq-mühafizə orqanları İrəvanda silahlıların ələ keçirdikləri polis şöbəsi yaxınlığında keçirilən etiraz aksiyasını dağıdıblar.
İrəvan polisi səhər saat 5 radələrində aksiyanın qalan iştirakçılarının demək olar hamısını saxlayıb.
Nümayişçilərdən bəziləri güc tətbiq edilməsinə hüquq-mühafizə orqanlarının əməkdaşlarını yumruq və təpiklə cavab veriblər.
Tutulanlar arasında deputat Nikol Paşinyanın rəhbərlik etdiyi, hakimiyyət qarşı mötədil mövqedə duran “Vətəndaş müqaviləsi” partiyasının 2 nümayəndəsi olub.
Hadisə yerində olan Nikol Paşinyan öz tərəfdarlarının həbs olunmasına qəti şəkildə etiraz edib.
İrəvan polisinin kapitanı isə tutub saxlanılanların polisə qarşı müqavimət göstərdiyini bildirib.
“Məni niyə həbs etmirsiz?” deyə cavabında erməni deputat polislərin üstünə qışqırıb.
Jurnalistlərə açıqlama verən Nikol Paşinyan girovları azad etmək üçün planlanan polis basqınının bir daha yolverilməz olduğunu bildirib.
Dünən gecə İrəvanda polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 28-i polis əməkdaşı olmaqla 51 nəfər xəsarət alıb.
Artıq 5-ci gündür ki, silahlı qruplaşma Ermənistan polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayır. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Dünən İrəvanda polis və mülki vətəndaşlar arasında baş vermiş toqquşmalar nəticəsində isə 4 polis əməkdaşı yaralanıb. Silahlılar hazırda 4 nəfəri girov saxlayırlar.