Bayden: “Donald Tramp ABŞ tarixində prezidentliyə namizədlərdən ən səriştəsizidir”
https://azeri.sahartv.ir/news/dünya-i227224-bayden_donald_tramp_abŞ_tarixində_prezidentliyə_namizədlərdən_ən_səriştəsizidir
ABŞ tarixində prezidentliyə namizədlər arasında Donald Tramp kimi səriştəsiz şəxs olmayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2016 05:31 Asia/Baku
  • Bayden: “Donald Tramp ABŞ tarixində prezidentliyə namizədlərdən ən səriştəsizidir”
    Bayden: “Donald Tramp ABŞ tarixində prezidentliyə namizədlərdən ən səriştəsizidir”

ABŞ tarixində prezidentliyə namizədlər arasında Donald Tramp kimi səriştəsiz şəxs olmayıb.

CNN-in verdiyi məlumata görə, bunu ABŞ-ın vitse-prezidenti Co Bayden Filadelfiyada keçirilən Demokrat partiyasının qurultayında bəyan edib.

 

“İndiyədək prezident kürsüsünə iddialılardan Tramp kimi səriştəsiz və Amerikanın təhlükəsizliyini təmin etməyə hazır olmayan bir şəxs olmayıb. Vətəndaşları İŞİD-lə qorxudan Tramp terrorçuların dini dözülməzlik taktikasından istifadə edir. Bəyanatları və hərəkətləri ilə Amerikanın dəyərlərinə xəyanət edən bu şəxs sözün əsl mənasında bu ölkənin təhlükəsizliyini sarsıda bilər” deyə Co Bayden bildirib.