İyul 28, 2016 12:00 Asia/Baku
  • Roma ətrafında partlayış; ölən və yaralanan var
    Roma ətrafında partlayış; ölən və yaralanan var

Ria-Novosti-nin İtaliya medialarına istinadlı məlumatına görə, dünən gecə İtaliyanın paytaxtı Roma şəhərinin ətrafındakı Frattokie kəndində yerləşən bir yaşayış kompleksində baş verən partlayış nəticəsində bir nəfər ölüb, dörd nəfər də ağır şəkildə yaralanıbdır.

Partlayışın səbələri hələlik aydınlaşdırılmayıb. Hadisə yerində dörd yanğınsöndürmə dəstəsi günən gecədən bəri fəaliyyət göstəribdir.

Partlayış dörd ailənin yaşadığı bir yaşayış kompleksində baş verib. Veriən məlumata görə, kompleksin sakinlərindən biri ölüb, iki qadın və iki kişi də bədən xəsarəti alıbdır.

Teqlər