Avq 01, 2016 11:40 Asia/Baku
  • Cənubi Koreya vətəndaşları ABŞ-ın raket sisteminə etiraz edir
    Cənubi Koreya vətəndaşları ABŞ-ın raket sisteminə etiraz edir

Cənubi Koreyanın Sanqcu şəhərinin sakinləri ABŞ-ın müasir tipli THAAD raket sisteminin bu şəhərdə quraşdırılmasına etiraz olaraq aksiya keçirirlər.

PressTV-nin verdiyi məlumata görə, Sanqcu sakinlərinin ABŞ-ın müasir tipli THAAD raket sistemi əleyhinə etiraz aksiyası artıq 2 həftədir ki, davam edir. 

Cənubi Koreyanın 4 Kilsə Baş Şurası şənbə günü bu qərara qarşı xüsusi dua mərasimi təşkil edib. 

ABŞ-ın THAAD raket sisteminin quraşdırılması əleyhinə xor dəstələri tərəfindən dini mahnılar oxunub və keşişlər məntəqədə sülhün qorunması üçün ABŞ silahlarının Koreya Yarımadasında yerləşdirilməsi əleyhinə müqavimətin davam etdirilməsini istəyiblər. 

THAAD raket sistemi Sanqcu şəhərinin yaşayış massivindən təqribən 2km aralıda quraşdırılmalıdır. Bu da şəhər sakinlərinin həyatı üçün ciddi təhdid və təhlükə sayılır. 

Sanqcu sakinləri ABŞ-ın raket sisteminin öz şəhərlərində yerləşdirilməsi əleyhinə şüarlar yazılmış çoxlu sayda plakatlar hazırlayaraq, şəhərin ətrafını bu plakartlarla örtüblər. Ötən 2 həftə ərzində davamlı olaraq mindən artıq insan bələdiyyə binası önündə piket keçirir. 

Şəhər sakinləri etiraz aksiyalarını dövlətin öz qərarını dəyişəcəyi zamana kimi davam etdirəcəklərini bildirirlər. 

Teqlər