İŞİD Rusiya prezidentini şəxsən təhdid edib
-
İŞİD Rusiya prezidentini şəxsən təhdid edib
İŞİD terror qruplaşması son zamanlar yaydığı video çarxda öz tərəfdarlarını Rusiyada terror aktları törətməyə dəvət edib.
İŞİD 9 dəqiqəlik olan bu video çarğı bir teleqram hesabı vasitəsi ilə paylaşıb.
Bu video çarxda bir qrup silahlı şəxsin düzənlik bir ərazidə bir avtomobilə və bir neçə çadıra hücum etdiyi təsvir olunur. Video çarxın sonunda isə niqablı bir şəxs İŞİD-in tərəfdarlarını Rusiyada terror aktları törətməyə dəvət və Rusiya prezidenti Vladimir Putini təhdid edir.
"Putin, qulaq as! Biz Rusiyaya gələcəyik və səni evində öldürəcəyik... Ey qardaşlar, Cihad edin. Onlarla döyüşün və onları öldürün." - deyə üzü niqablı şəxs deyir.
Rusiya Suriya dövlətinin istəyi əsasında İŞİD əleyhinə hava hücumlarına başlayıb.
İŞİD terror qruplaşmasına qoşulan terrorçuların öz ölkələrinə qayıtmaları təhlükəsi Rusiyanı Suriyada İŞİD əleyhinə mübarizəyə qoşulmağa vadar edən səbəblərdən sayılır.
Putin 2015-ci ilin oktyabrında bildirmişdi ki, Rusiyadan 5-7 min nəfər İŞİD-ə qoşulub.