Pakistan şiələrinin qırğın edilməsi nigarançılıq doğurur
Pakistanın Bəluçestan vilayətində şiə konfransı bu ölkədə şiələrin qırğın edilməsindən öz nigarançılığını bildirib.
Səhər beynəlxalq televiziya kanalının ordu dilində yayımlanan radiosunun verdiyi məlumata görə, konfransın sədri Seyid Davudağa deyib: Terrorçular bir daha məkirli planları ilə Pakistanın Bəluçestan vilayətində təhlükəsizliyi pozmaq istəyirlər.
O deyib: Pakistan dövlətinin səhv hərəkətlərinə görə, bir daha bu vilayətdə terrorçuların fəaliyyətləri geniş vüsət alıb.
Davudağa sonra deyib: Əgər Pakistan dövləti dərhal terrorizm ilə mübarizədə lazımi tədbirlər həyata keçirməzsə, vilayətdə vəziyyət daha da gərginləşəcək.
O, Bəluçestan vilayətinin mərkəzi Kvetta şəhərində iki şiənin terror edilməsini pisləyərək deyib: Pakistan dövləti bu vilayətdə təhlükəsizliyin bərqərar olunması üçün çox ciddi tədbirlər görməlidir.
Pakistan şiələrinə qarşı məqsədyönlu qətllərin davam etməsinin ardınca bazar ertəsi günü Kvetta şəhərinin ətraf ərazilərində Hezarə cəmiyyətinə mənsub olan iki şiə terror edilərək öldürülüb.