Avq 04, 2016 09:42 Asia/Baku
  • Təkfirçilər ilə sadəcə İran, Rusiya və Suriya ciddi şəkildə mübarizə aparır
    Təkfirçilər ilə sadəcə İran, Rusiya və Suriya ciddi şəkildə mübarizə aparır

İngilis analitik Radni Şekspir təkfirçilər ilə ciddi şəkildə mübarizə aparan tərəflərin sadəcə İran, Rusiya və Suriya olduğunu deyib.

PressTV-nin məlumatına görə, Radni Şekspir bu telekanala verdiyi müsahibədə İranın təkfirçilər və terrorçular ilə savaşı barədə deyib: İran, Rusiya və Suriya İŞİD və digər terror qruplaşmalarına qarşı ciddi şəkildə mübarizə aparan yeganə dövlətdirlər. Terrorizm ilə mübarizə iddiasında olan digər ölkələr isə praktiki olaraq İŞİD və digər terrorçu qruplaşmaları himayə edirlər. Misal üçün İngiltərə Ərəbistanı himayə edir. Ərəbistan isə vəhhabilik və təkfirçilik ideologiyasının mənbəyidir. Ər-Riyad vəhhabilik və təkfirçilik düşüncəsinin ən böyük təbliğatçısıdır. Biz, təkfirçilik ideologiyasının arxasında duran əsas qaynağı məhv etməliyik. 

Teqlər