İrəvanda mitinq keçirilib, azı 10 etirazçı saxlanılıb
https://azeri.sahartv.ir/news/dünya-i228316-İrəvanda_mitinq_keçirilib_azı_10_etirazçı_saxlanılıb
Ermənistan paytaxtı İrəvanın mərkəzindəki Azadlıq meydanında polis alayının binasına hücum etmiş silahlı qrupa dəstək mitinqi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2016 08:21 Asia/Baku
  • İrəvanda mitinq
    İrəvanda mitinq

Ermənistan paytaxtı İrəvanın mərkəzindəki Azadlıq meydanında polis alayının binasına hücum etmiş silahlı qrupa dəstək mitinqi keçirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, aksiyadan sonra etirazçılar şəhərin mərkəzi küçələrində yürüş keçiriblər. Aksiya iştirakçıları  hökumət əleyhinə və silahlı qrupa dəstək şüarları səsləndiriblər.    

NEWS.am-ın xəbərinə görə, aksiya zamanı 10-dan çox etirazçı saxlanılaraq polis şöbələrinə aparılıblar.