Amerikada ehtiyatda olan hərbçilər Donald Tramp əleyhinə aksiya keçiriblər
https://azeri.sahartv.ir/news/dünya-i228394-amerikada_ehtiyatda_olan_hərbçilər_donald_tramp_əleyhinə_aksiya_keçiriblər
Amerikada ehtiyatda olan bir qrup hərbçi Vaşinqtonda ABŞ Konqresinin önündə piket keçirərək, prezidentliyə respublikaçı namizəd Donald Tramp əleyhinə şüarlar veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2016 15:42 Asia/Baku
  • Amerikada ehtiyatda olan hərbçilər Donald Tramp əleyhinə aksiya keçiriblər
    Amerikada ehtiyatda olan hərbçilər Donald Tramp əleyhinə aksiya keçiriblər

Amerikada ehtiyatda olan bir qrup hərbçi Vaşinqtonda ABŞ Konqresinin önündə piket keçirərək, prezidentliyə respublikaçı namizəd Donald Tramp əleyhinə şüarlar veriblər.

PressTV-nin verdiyi məlumata görə, bir qrup ehtiyatda olan hərbçi cümə günü ABŞ Konqresinin önündə aksiya keçirib, respublikaçı qanunvericilərdən prezident seçkilərində Donald Trampa olan dəstəklərini dayandırmalarını tələb edib.

Bu hərbçilər respublikaçı senator Con Mək Keynin ofisinə təqdim etdikləri məktubda Donald Trampı təəssübkeşlik, irqçilik və təfriqəçilikdə ittiham ediblər.

Mək Keyn özü Vyetnam müharibəsində iştirak edib və müharibə əsiri olub. O, 2008-ci il prezident seçkilərində respublikaçıların prezidentliyə namizədi olub.

Ehtiyatda  olan amerikalı hərbçilər cəmi bir gün ərzində Tramp əleyhinə 100 000 imza toplaya biliblər.