Türkiyə və Avstriya rəsmiləri arasında söz atışması davam edir
https://azeri.sahartv.ir/news/dünya-i228403-türkiyə_və_avstriya_rəsmiləri_arasında_söz_atışması_davam_edir
Türkiyə xarici işlər naziri Avstriya kanslerinin Türkiyənin Avropa Birliyinə üzvlüyü barədə müzakirələrin ləğv edilməsi haqdakı son açıqlamasını kəskin formada qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2016 15:44 Asia/Baku
  • Mövlud Çavuşoğlu
    Mövlud Çavuşoğlu

Türkiyə xarici işlər naziri Avstriya kanslerinin Türkiyənin Avropa Birliyinə üzvlüyü barədə müzakirələrin ləğv edilməsi haqdakı son açıqlamasını kəskin formada qınayıb.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Mövlud Çavuşoğlu cümə günü Avropa Birliyinin demokratiya yolunda addımlamaqda Türkiyəni dəstəkləməli olduğunu vurğulayaraq, deyib: Bəzi Avropa ölkələri tərəfindən səsləndirilən fikirlər Avropa Birliyinin dəyərləri ilə uzlaşmır.

M.Çavuşoğlu bəzi Avropa rəsmilərinin Türkiyənin daxili məsələlərinə müdaxiləsi barədə də xəbərdarlıq edib.

Bu məlumata görə, Türkiyənin Avropa Birliyi naziri Ömər Çəlik də Avstriya kanslerinin sözlərini tənqid edərək, onu "ifratçı sağçı" adam adlandırmışdı.

Avstriya kansleri Kristiyan Kern son zamanlar Türkiyənin Avropa Birliyinə üzvlüyünü diplomatik vəsvəsə adlandıraraq, AB başçılarının Ankara ilə bağlı baxışlarına düzəliş etmələrini istəyib.

Kern həmçinin deyib: Türkiyənin diplomatiya ilə bağlı standartları Avropa Birliyinə üzvlük üçün kifayət etmir və alternativ yol tapmaq lazımdır.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın ölkədə edam hökmünün yenidən bərpa edilməsi üzrə istəyinin ardınca bu ölkənin Avropa Birliyinə üzvlük məsələsi problemlərlə üzləşib.