Avq 09, 2016 19:09 Asia/Baku
  • Ankara və Moskva arasındakı buzlar əriyir
    Ankara və Moskva arasındakı buzlar əriyir

Türkiyə prezidenti Ankara və Moskva arasında əlaqələrin yenidən normallaşmağa başlamasının ardınca bu gün Rusiyaya səfər edərək, Sank Peterburqda rusiyalı həmkarı Vladimir Putin ilə görüşüb.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya prezidenti bu görüşdə Türkiyədə dövlət çevrilişinə cəhdi qınayaraq, deyib: Dövlət çevrilişinə cəhdin ardınca Ərdoğan ilə telefon əlaqəsi saxlayan ilk şəxs mən oldum və biz Türkiyə xalqının ölkə vəziyyətini qaydaya sala biləcəyinə əminik.

Putin iki ölkə əlaqələrinin yenidən bərpa edilməsinə işarə edərək, iqtisadi əlaqələrin genişlənməsi və terrorizm ilə birgə mübarizəyə təkid edib və deyib: Əlaqələrin normallaşması hər iki ölkə və xalqlarının xeyrinədir.

Türkiyə prezidenti də bu görüşdə Putinin çevrilişdən sonrakı dövrdə verdiyi dəstəyə görə ona təşəkkür edib və deyib: Region Rusiya və Türkiyədən çox şey gözləyir və biz bir-birimizə kömək edərək, məsələləri həll edə bilərik.

Bu, ötən ilin noyabrında baş tutan görüşdən bəri iki tərəf arasında keçirilən ilk görüşdür.

24 noyabr 2015-ci il tarixində Türkiyə qırıcısı Rusiyanın bir ədəd təyyarəsini Suriya səmasında vurmuşdu. Bu da iki ölkə əlaqələrində gərginliyə səbəb olmuşdu.

Teqlər