Ermənistan xarici işlər naziri istefa verə bilər
Avq 11, 2016 18:09 Asia/Baku
Ermənistan KİV bu ölkə xarici işlər nazirinin istefa verməsi ehtimalından xəbər veriblər.
APA-nın məlumatına görə, Ermənistanın Qrapark qəzeti bu gün yazıb: Prezident Serj Sarkisyanın israrı ilə Eduard Nalbəndyan istefa verəcək.
Bu məlumata görə, Ermənistan prezidenti xarici işlər naziri vəzifəsinə Viqen Sarkisyanı nəzərdə tutub.
Məlumatlara görə, Serj Sarkisyan həmçinin Prezident Aparatının rəhbərini də öz vəzifəsindən kənarlaşdırmağa çalışır.