Avq 15, 2016 12:41 Asia/Baku
  • Amerika Rusiya qazının Şimali Avropaya nəqli layihəsinə qarşı çıxıb
    Amerika Rusiya qazının Şimali Avropaya nəqli layihəsinə qarşı çıxıb

Rusiya qazının Şimali Avropaya nəql olunması layihəsi kollektiv, vahid və təhlükəsizlik mənafeyi ilə uyğunlaşmamaq adı ilə Amerika tərəfindən mənfi qarşılanıb.

İRNA-nın məlumatına görə, Rusiyanın Moskovski komsomolets qəzeti bu barədə yazıb: ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi və beynəlxalq enerji koordinatoru Amus Stin Rusiya qazının Şimali Avropaya nəqli boru layihəsinin ikinci fazasının icrasına qarşı çıxıb. 

Bu qəzet Amerika rəsmisinə istinadla yazıb: Şimal-2 qaz boru kəmərinin ikinci fazasının icrası ilə Avropanın şərq və qərb ölkələri arasında hazırkı əlaqələrə zərbə görəcək. O deyib: Nəzərdə tutulan boru kəmərinin çəkilməsi və bu işə başlamaq Rusiya qazının tranzitindən Polşa, Slovakiya və Ukraynanın gəliriin kəsilməsinə səbəb olacaq. 

Amerika rəsmisi həmçinin xəbərdarlıq edib ki, Ukrayna iqtisadiyyatının Rusiya qazının Avropaya tranzitindən əldə etdiyi iki milyard dolların kəsilməsinə səbəb olacaq. Yeni yolun işə başlamasından sonra hazırkı prosesin kəsilməsi bu ölkəyə ağır zərbə vuracaq və Slovakiya da hər il bir milyard dolları itirəcəkdir. 2014-cü ildən Ukraynada Pyotr Poroşenkonun iqtidara gəlməsi ilə bu ölkənin Rusiya ilə əlaqələri korlanmış, qarşılıqlı sanksiyalarla ağır dövrü təcrübə etmişdir. Ekspertlərin qənaətincə, Moskva öz qazını Avropaya nəql etmək üçün daha etibarlı yolları istəyir. 

Teqlər