Avq 20, 2016 09:34 Asia/Baku
  • İndoneziyanın Bali adasında terror hücumu zərərsizləşdirilib
    İndoneziyanın Bali adasında terror hücumu zərərsizləşdirilib

İndoneziya polisi bildiribdir ki, bir terror qrupunun Bali adasındakı hücumunu zərərsizləşdirib.

IRNA-nın məlumatına görə, İndoneziyanın xüsusi təyinatlı polisi- Densos-88 Sumatra adasının cənub burnunda yerləşən Lambonq məntəqəsində 38 yaşlı Doyatmoko-nu həbs edib və beləliklə, Balidəki terror hücumu zərərsizləşdirilibdir.

Polis deyir ki, bu şəxs Asiyanın cənub-şərqindən olan terrorçu "Baharum Nəim"in tabeliyindəki ekstremist bit şəbəkənin üzvü kimi Suriyada fəaliyyət göstərir və şifrəli mesajlarla öz tərəfdarlarını İndoneziyada terror hücumları həyata keçirməyə təşviq edir.

Baharum Nəim Suriyada İŞİD-in indoneziyalı başçılarından biridir və polis deyir ki, o, İndoneziyada hücumların həyata keçirilməsi üçün bu ölkədəki ifratçı qrupların stimullarının yaradılmasında başlıca rol oynayır.

İndoneziya polisi bu qənaətdədir ki, hazırda ən böyük hədə iki əsas mənbədən- "Suriyadakı terrorçu indoneziyalılar və terror hücumları həyata keçirmək üçün yerli qrupların təşviq olunmaları" və "İraq və Suriyadakı savaşdan geri dönmüş ekstremist indoneziyalılar"dan mənşə alır.