Apr 23, 2025 12:57 Asia/Baku
  • Krım Rusiya ərazisi kimi tanınsın!

ABŞ Londonda keçiriləcək görüşdə Krımın Rusiya ərazisi kimi tanınmasını və cəbhə xəttində döyüşlərin dayandırılmasını təklif edəcək.

"The Washington Post" nəşri öz mənbələrinə istinadən xəbər verir ki, Ukraynanın müttəfiqləri istənilən bu cür ərazi güzəştləri müqabilində ölkə üçün təhlükəsizlik zəmanətləri və yenidənqurma proqramları almağa ümid edirlər.

Bildirilir ki, ötən həftə Parisdə keçirilən görüş zamanı Vaşinqtondan oxşar təkliflər Ukrayna tərəfinə təqdim edilib.

Buna cavab olaraq, Moskvanın Ukraynada hərbi əməliyyatları dayandıracağı gözlənilir.

Qeyd edək ki, Rusiya Krımla yanaşı Donbasın da Ukraynadan qoparılmasında israrlıdır.