Qrossi: İran müzakirələrdə anlaşma üçün ciddidir
Apr 24, 2025 14:28 Asia/Baku
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru deyib ki, İran tərəfi nüvə işi müzakirələrilə anlaşmada ciddidir və razılaşmaya çatmağa çalışır.
Tehran ilə Vaşinqton arasında dialoqun mövcud olması yaxşıdır- deyən Rafael Qrossi əlavə edib:Amerikanın Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Stiv Uitkoff ilə əlaqə saxlayırıq.İranla Amerika arasındakı müzakirələrin nə ilə nəticələnəcəyini deyə bilmərəm.Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru söyləyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranla Amerika arasında razılaşmanınicrasını araşdıracaq. Biz etibarın artması üçün onu himayə etməyə hazırıq.Biz İran-Amerika müzakirələrinin bir hissəsi deyilik- deyə MAQATE-nin baş direktoru bildirib.