Rusiya Türkiyəyə çarter reyslərinə qoyulan qadağanı götürüb
https://azeri.sahartv.ir/news/dünya-i231871-rusiya_türkiyəyə_çarter_reyslərinə_qoyulan_qadağanı_götürüb
Rusiyanın baş naziri Dmitrii Medvedev Rusiya və Türkiyə arasında çarter reyslərinə qoyulan qadağanın ləğv edilməsi barədə qərar imzalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2016 06:06 Asia/Baku
  • Rusiya Türkiyəyə çarter reyslərinə qoyulan qadağanı götürüb
    Rusiya Türkiyəyə çarter reyslərinə qoyulan qadağanı götürüb

Rusiyanın baş naziri Dmitrii Medvedev Rusiya və Türkiyə arasında çarter reyslərinə qoyulan qadağanın ləğv edilməsi barədə qərar imzalayıb.

 

TASS agentliyinin verdiyi məlumata görə, bu barədə sənəd Rusiya hökumətinin saytında yerləşdirilib.

Sənəddə həmçinin qeyd olunur ki, Rusiya və Türkiyə arasında müntəzəm uçuşlar həyata keçirən hava şirkətləri əlavə təhlükəsizlik tədbirləri təmin etməlidirlər.

 

Rusiya aviaşirkətləri artıq Türkiyəyə çarter reyslərinin həyata keçirilməsi  üçün Rusiya Nəqliyyat Nazirliyinə müraciət etməyə başlayıblar.

2015-ci ilin oktyabrın sonlarında Türkiyə Rusiyanın bir qırıcısını vurandan sonra iki ölkə əlaqələri pozuldu. Türkiyə Rusiyadan üzr istədi və iki ölkə başçılarının görüşündən sonra əlaqələr bərpa edildi.