Litva hərbçiləri şəhər savaş taksikası öyrənirlər
-
Litva hərbçiləri şəhər savaş taksikası öyrənirlər
Litva hərbçiləri bir təlim düşərgəsində şəhər savaş taktikası barədə təlim keçirlər.
Litva dövləti, 2014-cü ildə Rusiyanın Krım Yarımadasını özünə birləşdirməsinin ardınca öz hərbi büdcəsini artıraraq, hərbçilərinə şəhər savaş üslubu üzrə təlimlər təşkil edib.
Euronews informasiya kanalının verdiyi məlumata görə, Litvada hərbçilərə şəhər savaş taktikasının öyrədilməsi üçün xüsusi təlim şəhərciyi yaradılıb. Baltikyanı ölkələr geosiyasi baxımdan gərgin vəziyyətə malik olduqları üçün Litva şəhər savaş taktikasını öz ordusuna təlim keçməyə başlayıb. Latviya və Estoniya da Litva ilə qonşu ölkələr olaraq bu təlim şəhərciyindən istifadə edə bilərlər.
Litva ordusunun komandanı deyir: Şəhər savaş üsulunda ağır artilleriya və hava hücumları məhdud istifadəyə malikdir. Çünki, küçənin bir tərəfində düşmən, digər tərəfində isə öz əsgərlərimiz ola bilər.
Krım Yarımadasının 2014-cü ildə Rusiyaya birləşdirilməsinin ardınca Litva müdafiəyə ayrılan büdcəni artırıb.
Litvanın müdafiə naziri həmçinin deyib: Biz bu kimi təlim şəhərciyi olmayan Latviya və Estonaiyanı da bu şəhərcikdə təlimlərə dəvət edirik.