Sen 01, 2016 19:43 Asia/Baku
  • Nursultan Nazarbayev
    Nursultan Nazarbayev

Qazaxıstan prezidenti bu ölkə parlamentinin aşağı və yuxarı palatasının birgə iclasında deyib: Terror təhdidləri Astana üçün reallıq olmağa başlayıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Nursultan Nazarbayev dünyanın heç bir ölkəsinin terrordan sığortalanmadığını deyib: "Qazaxıstan hal hazırda terrorizm və ifratçılığın real təhlükəsi ilə üz-üzədir".

Nazarbayev əlavə edib: Aktube və Almatıda törədilən terror aktlarında Milli Qvardiyanın bir qrup üzvü, bir neçə polis əməkdaşı və sivil vətəndaşlar həyatlarını itirdilər. Biz terrorizm və ifratçılıq ilə mübarizədə qətiyyətli olmalıyıq. 

Qazaxıstan prezidenti ölkəsi üçün ən mühüm məsələni təhlükəsizlik və sabitliyin qorunması adlandırıb. 

Bu gün Qazaxıstan Parlamentinin aşağı və yuxarı palatasının birgə iclası keçirilib. 

Teqlər