Trampın radikal düşüncələri əleyhinə aksiya
-
Trampın radikal düşüncələri əleyhinə aksiya
Amerikanın Ditroyt şəhəri əhalisi prezident seçkilərinə Respublikaçı namizəd Donald Trampın radikal düşüncələri əleyhinə aksiya keçirib.
Əl-Cəzirənin ingiliscə xidmətinin məlumatına görə, Donald Tramp amerikalı qaradərililərin səsini qazanmaq üçün Ditroyt şəhərinə gedib. Lakin o bu şəhərdə soyuq qarşılanıb. Bir qrup Ditroyt sakini də Trampın düşüncələrinə qarşı olduğunu bildirmək üçün aksiya keçirib.
Onlar "Trampa yox" şüar veriblər. Onlar deyiblər ki, irqçilik və xaricilərə qarşı baxışlar Ağ Evə hakim kəsilməməlidir. Onlar deyirlər ki, Tramp nifrət toxumu səpir və Ditroytdan getməlidir.
Bu aksiya iştirakçılarından biri deyib: Trampın səlahiyyəti yoxdur. O siyasətçilərə və ABŞ-ın sabiq prezidentlərinə heç bir vəchlə bənzəmir.
Digər aksiya iştirakçısı deyib: Bu kişinin (Tramp) Ditroyt gəlməsi ilə, bizim onun barəsindəki düşüncəmizdə dəyişiklik olmayacaq.
Bir qrup etirazçı da Trampın çıxış edəcəyi məkanda yaradılmış təhlükəsizlik maneələrindən keçməyə cəhd ediblər. Lakin təhlükəsizlik qüvvələri buna mane olublar.
Bu aksiyada iştirak edən digər bir vətəndaş deyib: Tramp vətəndaşlarla çox təhqiramiz şəkildə davranır. Biz bu prosesə qarşıyıq. Hamı üçün sülh, sevgi və bərabərlik müraciəti genişlənməlidir.