Çinlilər Obama üçün qırmızı xalça sərmədilər
https://azeri.sahartv.ir/news/dünya-i233054-Çinlilər_obama_üçün_qırmızı_xalça_sərmədilər
Çinlilər ABŞ prezidenti Barak Obamanı soyuq qarşılamada onun üçün qırmızı xalça sərməyib və amerikalı jurnalistlərlə münasib davranmayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 05, 2016 06:44 Asia/Baku
  • ABŞ prezidenti Barak Obama
    ABŞ prezidenti Barak Obama

Çinlilər ABŞ prezidenti Barak Obamanı soyuq qarşılamada onun üçün qırmızı xalça sərməyib və amerikalı jurnalistlərlə münasib davranmayıblar.

ABŞ prezidenti G-20 qrupu ölkələrinin dövlət başçılarının zirvə toplantısında iştirak etmək üçün Çinin şərqində Hanqcoy şəhərinə gedib. 

ABŞ prezidentinin təyyarəsi eniş etdikdən sonra Hindistan baş naziri Narndra Modi, Rusiya prezidenti Vladimir Putin, Cənubi Koreya prezidenti Park Qeon Hay, Braziliya prezidenti Mişel Temer və Britaniya baş naziri Tereza Meyin əksinə olaraq Obama üçün heç bir qırmızı xalça sərilməyib. 

Çin rəsmiləri Obamanın təyyarəsinin əsas qapısına çıxış pilləkənini yaxınlaşdırmayıblar. ABŞ prezidenti çox təhlükəsiz hallarda istifadə olunan təyyarənin orta çıxışı pillələri ilə təyyarəni tərk etməyə məcbur olub. 

Çin təhlükəsizlik rəsmiləri jurnalistləri Obamanın eniş etdiyi məkandan uzaqda yaşıl zolağın arxasında saxlayıb və Obamanın gəlişi ilə bağlı münasib reportaj hazırlamağa imkan verməyiblər.